• Bakı 30° C

    1.33 m/s

  • USD - 1.7

    EUR - 1.9591

    RUB - 2.0816

Vaşinqton anlaşması: Regionda sülh və əməkdaşlıq üçün yeni bir baza formalaşdı

SİYASƏT

08 Avqust 2026 | 12:30

Vaşinqton anlaşması: Regionda sülh və əməkdaşlıq üçün yeni bir baza formalaşdı

"Bu gün Vaşinqton anlaşmasının imzalanmasından bir il keçir. Azərbaycanın təklif etdiyi prinsiplər əsasında regionda formalaşan düzən bütövlükdə Qafqazın inkişafı üçün yeni imkanlar yaratmaqdadır". 

Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib.

Onun sözlrinə görə, bu sadəcə ABŞ-Azərbaycan münasibətlərinin inkişafında deyil, həmçinin regionda sülh və əməkdaşlıq üçün yeni bir bazanın formalaşmasında özünü göstərməkdədir. Azərbaycan sülh gündəliyinə sadiq olaraq Ermənistana enerji məhsullarının ixracatını həyata keçirir, eyni zamanda Ermənistana daşınan bütün yüklərlə bağlı bütün məhdudiyyətlər aradan qaldırılıb. Təbii ki, bu, Azərbaycanın regiondakı sülhə töhfəsi və dəstəyini bir daha təsdiq edir.

Deputat qeyd edib ki, Zəngəzur dəhlizinin istifadəyə verilməsi və kommunikasiyanın bərpa edilməsi, o cümlədən iqtisadi əlaqələrin genişləndirilməsi vacib məqamlardandır:

"Bu regionda dayanıqlı sülhün formalaşmasına sözsüz töhfə verəcək. Bu konteksdən təbii ki, Azərbaycan və Ermənistan arasında apardığımız qiymətləndirmələr göstərir ki, 38 məhsul üzrə bütövlükdə idxal-ixrac əməliyyatlarının qurulması mümkündür.

Bu o deməkdir ki, iqtisadi əlaqələr tam bərpa olunduqdan sonra iki ölkə arasında ticari dövriyyəsi illik olaraq 300 milyon dollar ətrafında dəyişə bilər. Bura birbaşa Ermənistandan Azərbaycana ixrac, Azərbaycandan Ermənistana ixrac daxildir. Söhbət idxal-ixrac əməliyyatlarından gedir". 

Vüqar Bayramov, deputat

V.Bayramov bildirib ki, Zəngəzur dəhlizinin istifadəyə verilməsi isə region üzərindən daha çox yüklərin daşınmasına, eyni zamanda region ölkələrin bundan daha çox faydalanmasına imkan yaradacaq.

"Bu konteksdən təbii ki, beynəlxalq yük daşımalardan da ölkələrin daha çox gəlir əldə etmək imkanı var ki, bu da praktiki olaraq həm dayanıqlı sülhün, həm də regionun iqtisadi inkişafı baxımından vacib məqamlardandır", - deyə Vüqar Bayramov əlavə edib.

Murad Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Avqust 2026