• Bakı 19° C

    5.26 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

UNEC-də MİLYONLUQ TƏMİR: İşləri BU ŞİRKƏT aparacaq

CƏMİYYƏT

06 Avqust 2025 | 10:17 | Müəllif: Əli Hüseynov

UNEC-də MİLYONLUQ TƏMİR: İşləri BU ŞİRKƏT aparacaq

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) genişmiqyaslı təmir işlərinə start verilib. Bakıvaxtı.az-ın əldə etdiyi özəl məlumata görə, təmir prosesini “Koneks Construction” Məhdud Məsuliyyətli Cəmiyyəti həyata keçirəcək.

Bakıvaxtı.az xəbər verir ki, məlumata əsasən, ümumi dəyəri 9 milyon 735 min 844 manat olan işlərə avqustun 4-dən başlanılıb və sentyabrın 30-da yekunlaşdırılması planlaşdırılır.

Araşdırmalar göstərir ki, “Koneks Construction” MMC-nin dövlətə hər hansı bir vergi borcu mövcud deyil. Şirkətin qanuni təmsilçisi Fərzəliyev Mehdi Məhəmmədəli oğlu, nizamnamə kapitalı isə cəmi 10 manat təşkil edir.

Qeyd edək ki, bu, təhsil müəssisəsində son illərdə həyata keçirilən ən yüksək məbləğli təmir layihələrindən biri kimi qiymətləndirilir.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Oktyabr 2026