• Bakı 4° C

    0.86 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Ukrayna "Vaqner"ə görə şimal sərhədini gücləndirəcək

DÜNYA

19 Iyul 2023 | 21:25 | Müəllif: Subhan Mahmudov

Ukrayna "Vaqner"ə görə şimal sərhədini gücləndirəcək

Ukrayna “Vaqner PMC” qırıcılarının Belarusa gəlməsi ilə əlaqədar şimal sərhədinin hissələrini gücləndirəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukraynanın Birgə Qüvvələrinin komandanı Sergey Naev bildirib. 

Onun sözlərinə görə, Çerniqov vilayətində 40 kilometrdən artıq tank əleyhinə xəndəklər qazılıb və 30 mindən çox mina tələsi yerləşdirilib.

Bundan əvvəl Polşanın müdafiə naziri Mariuş Blaşçak Nyu-Yorkda jurnalistlərə  bildirib ki, Vaqner PMC-nin Belarusa gəlməsi ilə əlaqədar ölkə şərq sərhədinə iki hərbi briqada yerləşdirib.

Onun sözlərinə görə, briqadalardan biri Kolnoda, ikincisi isə Belaya Podlyaskada yerləşdirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026