• Bakı 30° C

    1.14 m/s

  • USD - 1.7

    EUR - 1.9591

    RUB - 2.0816

UEFA İnfantino ilə bağlı araşdırmaya başlaya bilər

İDMAN

09 Avqust 2026 | 11:15

UEFA İnfantino ilə bağlı araşdırmaya başlaya bilər

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) prezidenti Canni İnfantino ilə bağlı araşdırmaya başlaya bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “The Telegraph” qəzeti məlumat yayıb.

Məlumata görə, araşdırmanın başlanmasına İnfantinonun UEFA-da çalışdığı dövrdə onunla münasibətdə olduğu iddia edilən qadına mümkün ödənişlərlə bağlı məlumatlar səbəb ola bilər.

“The Telegraph” daha əvvəl UEFA-nın İnfantino ilə münasibətdə olduğu bildirilən əməkdaşına qurumun baş katibi vəzifəsində çalışdığı dövrdə altı rəqəmli məbləğdə kompensasiya ödədiyini yazıb.

Qəzetin mənbəsinin sözlərinə görə, araşdırma İnfantinonun 2000-2016-cı illərdə UEFA-da çalışdığı 16 illik dövrü əhatə edə bilər.

Qeyd edək ki, İnfantino 2009-2016-cı illərdə UEFA-nın baş katibi olub. Daha sonra FIFA prezidenti seçilib və iki dəfə alternativ namizəd olmadan yenidən bu vəzifəyə seçilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Avqust 2026