• Bakı 20° C

    6.91 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

“Beşiktaş”ın avrokubok matçı başqa ölkədə keçirilə bilər

İDMAN

07 Sentyabr 2026 | 20:00 | Müəllif: Subhan Mahmudov

“Beşiktaş”ın avrokubok matçı başqa ölkədə keçirilə bilər

UEFA Avropa Liqasında “Beşiktaş”la İsrailin “Hapoel” (Beer-Şeva) komandası arasında keçiriləcək matçın təhlükəsizlik səbəbindən Türkiyədən kənarda oynanılması gündəmə gəlib.

Bakıvaxtı.az xəbər verir ki, Türkiyə mətbuatının məlumatına görə, noyabrın 26-da İstanbulda keçirilməsi planlaşdırılan qarşılaşmanın neytral meydanda təşkil olunması UEFA tərəfindən müzakirə edilir. Buna səbəb kimi təhlükəsizliklə bağlı narahatlıqlar göstərilir.

Məlumata görə, “Beşiktaş” rəhbərliyi matçın keçirilməsi üçün Gürcüstanın Batumi şəhərini UEFA-ya təklif etməyi düşünür. Qarşılaşmanın hansı ölkə və stadionda keçiriləcəyi ilə bağlı yekun qərarı UEFA verəcək.

Qeyd olunur ki, matçın Türkiyədən kənarda keçirilməsi baş tutacağı təqdirdə, “Beşiktaş” doğma meydan və azarkeş dəstəyindən məhrum olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026