• Bakı 10° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Ucarda 2 nəfər saxlanıldı - Naroktikə görə

HADİSƏ

19 Mart 2026 | 11:28

Ucarda 2 nəfər saxlanıldı - Naroktikə görə

Ucar Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 33 yaşlı Rövşən Mustafayev və 31 yaşlı Mahir Namazov saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, həmin şəxslərdən 3 kiloqram marixuana və 1 kiloqram tiryək aşkarlanıb.

Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxslər narkotik vasitələri Bakı şəhərinə aparmaq və müxtəlif ünvanlara yerləşdirmək məqsədilə əldə ediblər.

Faktla bağlı cinayət işi başlanılıb, R.Mustafayev və M.Namazov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


SON XƏBƏRLƏR

19 Mart 2026