• Bakı 12° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Türkiyəli deputat zəlzələdə öldü

DÜNYA

07 Fevral 2023 | 16:36

Türkiyəli deputat zəlzələdə öldü

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) deputatı Yakup Taş fevralın 6-da Adıyaman şəhərində baş vermiş zəlzələ nəticəsinə həlak olub.

Bakıvaxtı.az  Türkiyə KİV-inə istinadən xəbər verir ki, onun meyiti dağıntılar altından çıxarılıb.

Məlumata görə, Y.Taş Türkiyə Böyük Millət Məclisində (TBMM) Adıyaman şəhərini təmsil edirdi.

Qeyd edək ki, fevralın 6-da səhər saatlarında Türkiyədə baş vermiş 7,7 maqnitudalı zəlzələ nəticəsində 3 549 nəfər insan həlak olub, 22 168 nəfər yaralanıb, həmçinin təbii fəlakət nəticəsində 5 775 bina dağılıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə bir həftəlik günlük matəm elan edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026