Türkiyədə son 24 saat ərzində 148 856 nəfərdə COVID-19 testi keçirilib.
Bakıvaxtı.az- məlumat verir ki, ölkədə günlük yoluxma sayı 14 941 nəfər təşkil edib.
66 nəfər isə koronavirus səbəbindən vəfat edib.
Bununla yanaşı, indiyədək Türkiyədə ölümcül virusdan sağalanların ümumi sayının 2 670 273 nəfərə çatdığı bildirilib.
Hazırda ölkə xəstəxanalarında 1349 nəfər ağır COVID-19 xəstəsi müalicə alır.
















