Türkiyə ordusu İraqın şimalında keçirdiyi əməliyyat zamanı PKK-nın daha 10 terrorçusunu məhv edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bununla da "Pençe Kilit" əməliyyat zonasında zərərsizləşdirilən terrorçuların ümumi sayı 95-ə çatıb.
Qeyd edək ki, Türkiyə ordusunun Şimali İraqda sərhədyanı əməliyyatı bu il aprelin 18-dən həyata keçirilir.
















