ABŞ hərbçiləri Hörmüz boğazına tam nəzarət edir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social"da yazıb.
"ABŞ Hörmüz boğazına tam nəzarət edir. Məncə, biz bu nəzarəti qoruyub saxlayacağıq! Bizim hərbi dəniz mühasirəmiz hamı tərəfindən "POLAD DİVAR" adını alıb və İran ona qarşı heç nə edə bilməz," - Tramp yazıb.
ABŞ lideri bildirib ki, İranın hərbi dəniz donanması, hərbi hava qüvvələri yoxdur, qalan hərbi qulluqçular isə "maaş almırlar", İslam İnqilabı Keşikçiləri Korpusu darmadağın edilib və geri çəkilir, onların rəhbərliyi isə qeyri-müəyyən vəziyyətdədir.
"Onların pulu yoxdur - ölkələri müflis olub. Onların sahib olduğu yeganə şey "feyk" xəbərlər və artmaqda davam edən 300%-lik inflyasiyadır! İran ancaq danışır, amma heç nə etmir...", - o əlavə edib.
Bakı 



