Avropa İttifaqının Ukrayna üçün növbəti müdafiə yardımı tranşının 4,7 milyard avro təşkil edəcəyi gözlənilir.
Bakıvaxtı.az xəbər verir ki, bunu Avropa Komissiyasının sözçüsü Balaj Ujvari brifinq zamanı açıqlayıb.
Onun sözlərinə görə, vəsaitin yaxın həftələrdə Kiyevə göndərilməsi planlaşdırılır.
Ujvari bildirib ki, hərbi ehtiyaclar üçün təsdiqlənmiş ümumilikdə 28,3 milyard avrodan Ukraynaya indiyədək 8,4 milyard avro ayrılıb.
Qeyd edək ki, sentyabrın 11-də Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Aİ-nin Ukraynaya 6,1 milyard avro həcmində müdafiə yardımı tranşının ayrılmasını təsdiqlədiyini açıqlayıb. Onun sözlərinə görə, bu vəsait Ukraynaya hava və raketdən müdafiə sistemləri, sursat, dronlar və elektron müharibə vasitələri almağa imkan verəcək.
Murad İsmayıl
















