• Bakı 20° C

    2.24 m/s

  • USD - 1.7

    EUR - 1.9067

    RUB - 2.0148

Toy karvanında avtoxuliqanlıq etdilər 

HADİSƏ

08 Iyun 2026 | 17:10 | Müəllif: Əli Hüseynov

Toy karvanında avtoxuliqanlıq etdilər

Saatlı RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin keçirdiyi tədbirlərlə toy karvanında yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq edən “Tofas” və “Mercedes” markalı avtomobillərin sürücüləri Hüseyn Tağızadə və Zamin Mehdiyev saxlanılıblar.

Bakıvaxtı.az-ın məlumatına görə, araşdırma zamanı H.Tağızadənin nəqliyyat vasitəsini sürücülük hüququ olmadan və sərxoş vəziyyətdə idarə etdiyi müəyyən olunub.

Hər iki sürücü barəsində inzibati protokollar tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarına əsasən, H.Tağızadə inzibati qaydada həbs olunub, Z.Mehdiyevin isə sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR