• Bakı 13° C

    4.19 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Tovuzda avtomobil sexi YANDI

HADİSƏ

07 Iyun 2022 | 17:42

Tovuzda avtomobil sexi YANDI

Tovuzda avtomobil sexində yanğın baş verib.

Bakıvaxtı.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, rayonun Əyyublu kəndində ümumi sahəsi 240 m² olan yeddi boksdan ibarət avtomobil təmiri sexinin dam örtüyünün taxta atmaları 100 m² sahədə və içərisində təmirə dayanan iki ədəd "ВАЗ" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yüksək temperaturdan yaxınlıqda ümumi sahəsi 420 m² olan digər avtomobil təmiri sexinin lambirindən ibarət üzlüyü əriyib.

Sexlərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

03 Oktyabr 2026