• Bakı 16° C

    1.45 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Həbsxanaya qəndin içində narkotik keçirmək istədi

HADİSƏ

07 Iyul 2022 | 10:51

Həbsxanaya qəndin içində narkotik keçirmək istədi

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Şəki Penitensiar Müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.

Bakıvaxtı.az xəbər verir ki, Xidmətin məlumatına görə, Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək həbs edilmiş şəxs Nişad Abbas oğlu Musayevə atası Göyçay rayon sakini Abbas Sabir oğlu Musayev tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman oradakı kəllə qəndlərin içərisində xüsusi üsulla yerləşdirilərək gizlədilmiş sellofan bükülülərdə ümumi çəkisi 1,636 qram olan narkotik maddə - heroin və ümumi çəkisi 0,684 qram olan psixotrop maddə - metamfetamin aşkar edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

03 Oktyabr 2026