“TotalEnergies" şirkətinin törəmə müəssisəsi olan və təxminən 200 yanacaqdoldurma məntəqəsini idarə edən "Argedis" şirkətinin CGT həmkarlar ittifaqı qiymətlərin artması səbəbi ilə işçiləri 17 aprel cümə günü tətil etməyə çağırıb.
Bakıvaxtı.az "Agence France-Presse"ə (AFP) istinadən xəbər verir ki, buna yanacağın çox bahalaşması səbəb olub. Şirkətin Cəmilə adlı işçisi bildirib ki, yanacaq çox baha olduğu üçün "Total" şirkətindən kömək istəyiblər, amma şirkət yardım əli uzatmayıb:
"Danışıqlar aparmağa çalışdıq, amma nəticə vermədi, ona görə də sabah tətilə çıxacağıq".
CGT həmkarlar ittifaqının məlumatına görə, bəzi işçilər üçün yanacaq xərcləri ayda 400 avroya çatıb, xalis əmək haqqı isə 1600 avrodur. Bu vəziyyət "Argedis" işçilərinin təxminən 80%-nə təsir göstərir.
Qeyd edək ki, "TotalEnergies" Fransanın materik hissəsində 3300 yanacaqdoldurma məntəqəsi idarə edir.
AFP-nin araşdırdığı daxili sənədə görə, CGT ilə danışıqların son mərhələsində rəhbərlik işçilərin evləri ilə iş yerləri arasında keçdikləri marşrutdan asılı olaraq ayda 15 ilə 40 avro arasında yanacaq bonusu təklif edib.
Aydın Baxış
Bakı 




