• Bakı 20° C

    5.85 m/s

Tanınmış rəssam vəfat etdi

DÜNYA

17 Sentyabr 2026 | 17:10 | Müəllif: Gülşən Şərif

Tanınmış rəssam vəfat etdi

Amerikalı rəssam Piter Maks vəfat edib. 

Bakıvaxtı.az xəbər verir ki, rəssam 88 yaşında dünyasını dəyişib. Ölüm səbəbi açıqlanmasa da illər əvvəl sənətçiyə sürətlə irəliləyən demensiya diaqnozu qoyulduğu bildirilib.

Qeyd edək ki, Maks pop-art janrında yaratdığı psixodelik əsərləri ilə tanınır. 1980-ci illərdə Maks bir sıra böyük tədbirlərin rəsmi rəssamı olub. Bunların arasında 1994-cü il futbol üzrə dünya çempionatı, "Qremmi" mükafatları və digər tədbirlər yer alırdı. O, rəssamlıq, qrafika, kollaj, parça üzərində çap, heykəltəraşlıq, video və rəqəmsal təsvirlərlə məşğul olub. 2019-cu ildə demensiya səbəbindən yaradıcılıq fəaliyyətini dayandırıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Oktyabr 2026