Lənkəranda vətəndaşlarn pensiya kartlarından talama edən şəxs saxlanılıb.
Bakıvaxtı.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Lənkəran rayon sakini Kənan Əlizadə tərəfindən ahıl yaşlı bir nəfərin pensiya kartındakı pulların talanması ilə bağlı polisə məlumat daxil olub.
Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində K.Əlizadə saxlanılıb.
İlkin araşdırmalar zamanı məlum olub ki, o, eyni əməli bir neçə nəfərə qarşı törədib.
Faktla bağlı cinayət işi açılıb. Araşdırmalar davam edir.
















