Azərbaycanın minifutbol millisi Bakıda keçirilən dünya çempionatının qalibi olub.
Bakıvaxtı.az xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv finalda Macarıstan seçməsi ilə qarşılaşıb.
Milli Gimnastika Arenasında baş tutan matç yığmamızın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Millinin heyətində Təmkin Xəlilzadə (2), Məhəmməd Xəlilov (8)və Rəvan Kərimov (10, 29) fərqləniblər.
Qeyd edək ki, daha əvvəl keçirilən üçüncü yer uğrunda matçda Serbiya Monteneqronu (3:0) məğlub edib.





jpg-1751374307.webp)




jpg-1751361323.webp)


jpg-1751347296.webp)


