"Hazırda Şuşada bir nömrəli məktəbin tikinti prosesinə başlanılıb".
Bakıvaxtı.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında bildirib.
Nazir qeyd edib ki, artıq layihələndirmə prosesi başlanılıb: "Bu prosesin 2022-ci ilin sonuna qədər bitməsi gözlənilir. Eyni zamanda, Ağdam və Cəbrayılda layihələndirmə prosesi başlayıb. Yəqin ki, yaxın zamanlarda Füzuli şəhərində məktəb tikintisi ilə bağlı addımlar atılacaq. Bu, çox ciddi və böyük prosesdir. Həm Ağdam, həm də Şuşa məktəbi özünün müasirliyi, eyni zamanda arxitektur inşaat xüsusiyyətlərinə görə ən müasir məktəblərimizdən olacaq".
Nuranə Daxilqızı
















