• Bakı 17° C

    0.92 m/s

  • USD - 1.7

    EUR - 1.9312

    RUB - 2.0118

Söyüşə görə bazarda dava düşdü

HADİSƏ

27 Fevral 2023 | 14:57

Söyüşə görə bazarda dava düşdü

Ağdaş şəhərində yerləşən bazarlardan birinin qarşısında dava düşüb. 

Bakıvaxtı.az xəbər verir ki, 1960-cı il təvəllüdlü Ərəb kənd sakini Sakit Məhərrəmovla 33 yaşlı həmkəndlisi İsmayıl İbrahimov arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Daha sonra S.Məhərrəmov İ.İbrahimovun kürək nahiyəsinə bıçaqla xəsarət yetirib.

Hadisə söyüşə görə baş verib. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov  bildirib ki, bıçaqlanan şəxsin xəsarəti ilə bağlı məhkəmə-tibbi ekspertizası təyin olunub:

“S.Məhhərəmov isə saxlanılaraq izahatı alınıb. Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir”. /Oxu.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Sentyabr 2026