• Bakı 21° C

    2.75 m/s

  • USD - 1.7

    EUR - 1.9242

    RUB - 2.0365

Bakıda kafeyə silahlı basqın oldu

HADİSƏ

29 Mart 2023 | 09:31

Bakıda kafeyə silahlı basqın oldu

Bakıda kafeyə silahlı basqın olub.

Bakıvaxtı.az xəbər verir ki, hadisə paytaxtın Biləcəri qəsəbəsində yerləşən "Aşıqlar" kafesində qeydə alınıb.

Belə ki, həmin kafeyə müştəri qismində gələn 2 nəfər şəxs Məmmədov Səxavət Məhəmməd oğlunun üzərinə bıçaq çəkərək pul tələb edib və kassadan təxminən 40-45 manat məbləğində pul götürüb.

Hadisəni törətməkdə şübhəli bilinən 1992-ci il təvəllüdlü Cəfərov Ricat Salman oğlu və 1996-cı il təvəllüdlü Alıyev Turan Ələddin oğlu saxlanılaraq polisə təhvil verilib.

Faktla bağlı cinayət işi açılıb istintaq aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

01 Oktyabr 2026