• Bakı 18° C

    5.68 m/s

  • USD - 1.7

    EUR - 1.9048

    RUB - 1.9883

ŞOK: "Neftçi"nin məğlub olacağını dediyinə görə dostunu DÖYDÜ!

HADİSƏ

20 Avqust 2026 | 15:37 | Müəllif: Əli Hüseynov

ŞOK: "Neftçi"nin məğlub olacağını dediyinə görə dostunu DÖYDÜ!

Bakıda kişi küçədə dostunu döyüb.

Bakıvaxtı.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Nizami rayonu, Bəhruz Nuriyev küçəsində baş verib.

35 yaşlı Fərhad Əmirov (şərti adla) dostu ilə birgə “Neftçi” futbol klubunun oyununa baxmağa gedirmiş. Bu zaman dostu “Neftçi”nin məğlub olacağını deyib. Fərhad buna irad bildirəndə, dostu nalayiq ifadələrlə cavab verib. Bundan hiddətlənən Fərhad da dostunun üzünə bir dəfə yumruqla vuraraq, xəsarət yetirib.

Nəticədə onun barəsində cinayət işi başlanıb.

Təqsirləndirilən şəxs ifadəsində zərərçəkmişlə barışdığını deyib. Zərərçəkən şəxs də həmçinin Fərhada qarşı şikayət və tələbinin olmadığını bildirib.

Məhkəmənin qərarı ilə cinayət işinə xitam verilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Oktyabr 2026