İngiltərənin “Mançester Siti” klubu futbolçusu Fil Fodenlə yeni müqavilə barədə razılığa gəlib.
Bakıvaxtı.az “The Athletic”ə istinadən xəbər verir ki, sözləşmə 2030-cu ilədək nəzərdə tutulub.
İngiltərə millisinin də formasını geyinən 25 yaşlı futbolçunun hazırkı müqaviləsi 2027-ci ilin yayınadək qüvvədədir.
Qeyd edək ki, “Mançester Siti”nin yetirməsi olan Fil Foden bu mövsüm bütün turnirlərdə 46 oyunda 10 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Bakı 




