• Bakı 22° C

    5.08 m/s

  • USD - 1.7

    EUR - 1.9312

    RUB - 2.0118

Şirvanda bir ailənin dörd üzvü zəhərləndi

HADİSƏ

05 Yanvar 2022 | 13:36

Şirvanda bir ailənin dörd üzvü zəhərləndi

Şirvanda bir ailənin üzvləri dəm qazından zəhərlənib.

Bakıvaxtı.az report-a istinadən xəbər verir ki, hadisə Şirvan şəhəri T.İsmayılov küçəsində qeydə alınıb.

Belə ki, Şirvan sakinləri, 1956-cı il təvəllüdlü Fərəcov Mətləb İsaq oğlu, onun oğlu, 1986-cı il təvəllüdlü Fərəcov Sabir Mətləb oğlu, 1985-ci il təvəllüdlü Həmzəyeva Bənövşə Məhəmməd qızı və 2012-ci il təvəllüdlü Fərəcov Rəhman Sabir oğlu evdə ikən dəm qazından zəhərləniblər.

Ailə üzvləri dərhal Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada onlara
ilk tibbi yardım göstərilib. Vəziyyətlərinin stabil olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Sentyabr 2026