• Bakı 13° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Şeyxülislam ABŞ-yə gedir

CƏMİYYƏT

30 Sentyabr 2025 | 15:01 | Müəllif: Qalib İbrahimoğlu

Şeyxülislam ABŞ-yə gedir

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə oktyabrın 1-də Amerika Birləşmiş Ştatlarına səfər edəcək.

Bu barədə Bakıvaxtı.az-a Qafqaz Müsəlmanları İdarəsindən bildirilib.

Məlumata görə, İsa Məsih sonuncu gün müqəddəsləri kilsəsinin icması və Stirlinq Fondunun dəvəti ilə Yuta ştatına səfər proqramına uyğun olaraq QMİ sədri A.Paşazadə ştat rəhbərliyi ilə görüşlər keçirəcək, bir sıra tədbirlərdə iştirak edəcək.

Qeyd edilib ki, ABŞ-yə səfəri çərçivəsində Şeyxülislam A. Paşazadənin Vaşinqtonda dinlər bağlı qurumlarda, habelə Senat və Konqres üzvləri ilə görüşləri nəzərdə tutulur. QMİ sədrinin Nyu-Yorkda BMT rəsmiləri, “Dinlər Sülh uğrunda” Təşkilatı və “Vicdana çağırış” Fondunun rəhbərləri və b. ilə görüşləri planlaşdırılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR