• Bakı 13° C

    8.31 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Şərurlu İsfəndiyarın məhkəməsi keçirilir

CƏMİYYƏT

04 Sentyabr 2025 | 12:05

Şərurlu İsfəndiyarın məhkəməsi keçirilir

“Şərur” MTK-nın sahibi İsfəndiyar Axundova (Şərurlu İsfəndiyar) qarşı xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə keçirilir.

Bakıvaxtı.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, işə Binəqədi Rayon Məhkəməsində baxılır.

Tanınmış iş adamından şikayətçi “Proqres 2016” MTK-nın həbsdə olan rəhbəri Emil Səməndərovdur. Səməndərov külli miqdarda dələduzluq ittihamı ilə həbs edilib. Amma hələ ki yekun məhkəmə qərarı yoxdur. Buna baxmayaraq, “Şərurlu İsfəndiyar” verilişlərin birində onu dələduz adlandırıb.

E.Səməndərov “dələduz” sözünü özünə qarşı təhqir və böhtan hesab edərək məhkəməyə müraciət edib.

Məhkəmə şikayətlə bağlı ekspertiza təyin etmişdi. Bu gün ekspert rəyi açıqlanmalıdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026