• Bakı 16° C

    3.05 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Şərurda mağaza yandı

HADİSƏ

07 Iyul 2025 | 20:23 | Müəllif: Subhan Mahmudov

Şərurda mağaza yandı

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Şərur şəhərində ərzaq mağazasında yanğın hadisəsin baş verməsi barədə məlumat daxil olub.

Bakıvaxtı.az xəbər verir ki, məlumatla əlaqədar dərhal Şərur şəhər Dövlət Yanğından Mühafizə hissəsinin yanğından mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb olunublar.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın hadisəsi nəticəsində ümumi sahəsi 1980 m² olan obyektin 2 m² sahəsi, 1 ədəd kombi və pəncərəsi yanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

03 Oktyabr 2026