• Bakı 22° C

    4.01 m/s

  • USD - 1.7

    EUR - 1.9312

    RUB - 2.0118

Azərbaycana 9 kq narkotik keçirilməsinin qarşısı alındı, saxlanılan var - FOTO

HADİSƏ

02 Fevral 2022 | 14:20 | Müəllif: Qalib İbrahimoğlu

Azərbaycana 9 kq narkotik keçirilməsinin qarşısı alındı, saxlanılan var - FOTO

Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafi­zəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış fəaliyyətləri davam etdirilir.

DSX-dən Bakıvaxtı.az bildirilib ki, fevralın 2-də saat 01:50 radələrində Biləsuvar rayonunun Biləsuvar şəhəri yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində 1 nəfər naməlum şəxsin şübhəli davranışı və ətrafı müşahidə etməsi sərhəd nar­yadının diqqətini cəlb edib.

Şübhəli şəxs ərazidən bağlama götürərək hadisə yerin­dən uzaqlaşmağa cəhd edib, sərhəd naryadının “Dayan” əmrinə tabe olmayaraq ərazidən qaçmağa çalışarkən saxlanılıb.

Bakı şəhər sakini 1988-ci il təvəllüdlü Əsgərov Ümid Nadir olması müəyyənləşdirilmiş şəxsin əlindəki bağlamaya baxış zamanı içərisində təxmini çəkisi 8 kiloqram 800 qram (7 900 qram “marixuana”, 900 qram “kakos”) narkotik vasitəsinə bənzər maddələr aşkar olunaraq götü­rülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Nuranə Daxilqızı


Azərbaycana 9 kq narkotik keçirilməsinin qarşısı alındı, saxlanılan var - FOTOAzərbaycana 9 kq narkotik keçirilməsinin qarşısı alındı, saxlanılan var - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Sentyabr 2026