• Bakı 12° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Şəhid Cavidan Bədəlov İsmayıllıda torpağa tapşırılıb

CƏMİYYƏT

14 Sentyabr 2022 | 13:11 | Müəllif: Subhan Mahmudov

Şəhid Cavidan Bədəlov İsmayıllıda torpağa tapşırılıb

Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən törədilən təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Bədəlov Cavidan Zaur oğlu İsmayıllıda dəfn edilib.

Bakıvaxtı.az bildirir ki, şəhid doğulub boya-başa çatdığı rayonunun Talıstan kənd qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində C.Bədəlovun ailə üzvləri, yaxınları, rayon rəsmiləri, ictimaiyyət nümayəndələri və hərbçilər iştirak ediblər.

Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. C.Bədəlov düşmən təxribatının qarşısını alan zaman qəhrəmancasına şəhid olub.(report)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026