• Bakı 13° C

    6.85 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Şamaxıda yanğın başlayıb

HADİSƏ

16 Avqust 2022 | 21:44

Şamaxıda yanğın başlayıb

Bu gün axşamüstü Şamaxıda yanğın hadisəsi baş verib.

Rayon fövqəladə hallar komissiyasından Bakıvaxtı.az-a verilən məlumata görə, hadisə saat 19:30 radələrində Şamaxının Mədrəsə qəsəbəsində, Qaranohur deyilən ərazidə olub. Yanğın tezliklə 3 hektara yaxın örüş sahəsini əhatə edib. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Şamaxı yanğından mühafizə hissəsinin şəxsi heyəti və 2 yanğınsöndürən maşını cəlb edilib. Yanğınla mübarizəyə 15 nəfərədək kənd sakini də cəlb olunub. Alovla mübarizə davam edir. Ərazi dağlıq və kol-kosluq olunduğundan yanğının söndürülməsində çətinliklər yaranıb.

Hazırda yanğınla mübarizəyə Şamaxı yanğından mühafizə hissəsindən 30 nəfər şəxsi heyət və 4 yanğınsöndürən avtomaşını, habelə Ağsu rayonundan köməyə gələn 1 yanğınsöndürən avtomobil və 7 nəfər şəxsi heyət cəlb olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR