• Bakı 13° C

    8.33 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Şahzadə Harridən vida: “Nənə, sənə sonsuz minnətdaram”

DÜNYA

12 Sentyabr 2022 | 21:48 | Müəllif: Subhan Mahmudov

Şahzadə Harridən vida: “Nənə, sənə sonsuz minnətdaram”

Britaniya kral ailəsindən olan Sasseks hersoqu Şahzadə Harri Kraliça II Elizabetə ünvanlanmış vida mesajı yayıb.

"Nənə, mən sənə həmişəlik minnətdaram", - deyə Harri mesajında bildirib.

Bakıvaxtı.az oxu.az-a istinadən xəbər verir ki, şahzadə Harri Kraliça II Elizabetə vida mesajında ​​uşaqlıqdan yetkinliyə qədər kraliça ilə birlikdə yaşadığı anlara görə minnətdar olduğunu bildirib.

"Nənə, bu son ayrılıq bizə böyük kədər gətirsə də, sənə sonsuza qədər minnətdaram. Mənim sevimli həyat yoldaşımla tanış oldun və sevimli nəvələrinə sarıldın. O zamanları və sizinlə paylaşdığım bir çox xüsusi anları məmnuniyyətlə xatırlayıram. Təkcə biz deyil, hətta bütün dünya indidən sizin uçün çox darıxır. İndi atam Kral III Karlı yeni vəzifəsində dəstəkləyirik. Xidmətə bağlılığınız üçün təşəkkür edirik. Tövsiyələriniz üçün təşəkkür edirəm. Gülümsəməniz üçün təşəkkür edirəm. Babamla (Şahzadə Filip) artıq sülh içində bir yerdə olduğunuzu bildiyimiz üçün gülümsəyirik", - deyə Şahzadə Harri qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026