• Bakı 22° C

    1.96 m/s

  • USD - 1.7

    EUR - 1.9264

    RUB - 2.0261

Sahibsiz it 10 yaşlı uşağa xəsarət yetirdi

HADİSƏ

28 Fevral 2023 | 14:53

Sahibsiz it 10 yaşlı uşağa xəsarət yetirdi

Naxçıvanda 10 yaşlı uşağa sahibsiz it dişləyib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında muxtar respublikanın Babək rayon Yuxarı Uzunoba kəndində baş verib. Kənd sakini 2013-cü il təvəllüdlü Aytac Hümbətova it dişləməsi xəsarəti ilə Naxçıvan Muxtar Respublika Xəstəxanasına gətirilib.

Xəstəxanasından bildirilib ki, 10 yaşlı Aytac Hümbətova yolda sahibsiz itin hücumuna məruz qalıb və it ona əl və ayaq nahiyəsindən xəsarətlər yetirib.

Azyaşlıya tibbi yardım göstərilib, ambulator müalicə almaq şərti ilə evə buraxılıb. /APA


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Sentyabr 2026