• Bakı 20° C

    1.96 m/s

  • USD - 1.7

    EUR - 1.9264

    RUB - 2.0261

Hirkan Milli Parkındakı yanğın söndürüldü - YENİLƏNİB

HADİSƏ

30 Mart 2023 | 11:29 | Müəllif: Qalib İbrahimoğlu

Hirkan Milli Parkındakı yanğın söndürüldü - YENİLƏNİB

Hirkan Milli Parkının Astara rayonu, Çükəş kəndi yaxınlığındakı ərazisində bu gün səhər saatlarında baş verən yanğın söndürülüb. 

Bu barədə Bakıvaxtı.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ərazidə növbətçilik təşkil edilib. Yanğın nəticəsində quru ot örtüyü yanıb.

Hazırda baş verən yanğınla bağlı FHN-in əməkdaşları ilə birgə araşdırma aparılır.

 

08:58

Bu gün səhər saatlarında Hirkan Milli Parkının Astara rayonu, Çükəş kəndi yaxınlığında yanğın hadisəsi baş verib.

Bu barədə Bakıvaxtı.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Hadisə yerinə Milli Parkın, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin digər yerli qurumlarının, Fövqəladə Hallar Nazirliyinin Regional Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub və yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Sentyabr 2026