• Bakı 16° C

    1.1 m/s

Sahibə Qafarova dəfn mərasimində - YENİLƏNİB

SİYASƏT

15 Iyul 2026 | 11:32 | Müəllif: Əli Hüseynov

Sahibə Qafarova dəfn mərasimində - YENİLƏNİB

İyulun 14-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan nümayəndə heyəti Qətər Dövlətinin sabiq Əmiri, Ata Əmir Əlahəzrət Şeyx Həməd bin Xəlifə Al Taninin vəfatı ilə əlaqədar Qətər Dövlətinin Əmiri Əlahəzrət Şeyx Təmim bin Həməd Al Taniyə Azərbaycan Hökuməti adından başsağlığı vermək məqsədilə bu ölkəyə səfər edib.

Bu barədə Bakıvaxtı.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

    Səfər çərçivəsində spiker Sahibə Qafarova Qətər Dövlətinin Əmiri Zati-aliləri Şeyx Təmim bin Həməd Al Taninin Lusail Sarayında keçirdiyi başsağlığı qəbulunda iştirak edib.

    Milli Məclisin sədri Qətər Dövlətinin Əmiri Əlahəzrət Şeyx Təmim bin Həməd Al Tani və digər rəsmilərlə görüşərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından başsağlığı ifadə edib, Azərbaycan xalqının dərin hüzn və ehtiramını çatdırıb.

    Azərbaycan nümayəndə heyətinin tərkibinə Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, parlamentin Qətər ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Tahir Rzayev, işçi qrupunun üzvü Kəmaləddin Qafarov və digər rəsmi şəxslər daxildir.

    ***

    14.07.2026, 16:53

    Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi nümayəndə heyəti Qətərə səfərə gedib.

    Bu barədə Bakıvaxtı.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

      Məlumata görə, Azərbaycan nümayəndə heyəti iyulun 14-də Qətər Dövlətinin sabiq Əmiri, Ata Əmir Əlahəzrət Şeyx Həməd bin Xəlifə Al Taninin vəfatı ilə əlaqədar Qətər Əmiri Əlahəzrət Şeyx Təmim bin Həməd Al Taniyə Azərbaycan Hökuməti adından başsağlığı vermək məqsədilə Doha şəhərinə səfər edib.

      Dohanın beynəlxalq hava limanında nümayəndə heyətini Azərbaycanın Qətərdəki səfiri Adış Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.

      ***

      14.07.2026, 11:08

      Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində bu gün keçirilən son iclasında sədr Sahibə Qafarova iştirak etmir.

      Bakıvaxtı.az xəbər verir ki, parlamentin I vitse-spikeri Əli Əhmədov Sahibə Qafarovanın Qətərin sabiq əmirinin dəfn mərasimində iştirak üçün bu ölkədə səfərdə olduğunu bildirib.


      Batıgöz reklamMedia İnkişaf

      SON XƏBƏRLƏR

      20 Oktyabr 2026