• Bakı 27° C

    4.21 m/s

Əraqçidən ABŞ-yə: Ehtiyatlı olun

SİYASƏT

13 Avqust 2026 | 23:56

Əraqçidən ABŞ-yə: Ehtiyatlı olun

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ kəşfiyyatının İran və Hörmüz boğazı ilə bağlı yanlış hesablamalara yol verdiyini bildirib.

Bakıvaxtı.az xəbər verir ki, Əraqçi bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.

“ABŞ kəşfiyyat uğursuzluqları səbəbindən çoxdan yanlış hesablamalar aparır. Bunun bariz nümunəsi İrana qarşı müharibədir. İndi isə Hörmüz boğazı ilə bağlı daha böyük yanlış hesablama var”, – İran XİN rəhbəri qeyd edib.

Əraqçi paylaşımının sonunda Vaşinqtona xəbərdarlıq edərək yazıb:

“Saxta xəbərlərdən daha pis yalnız saxta kəşfiyyat məlumatları ola bilər. Ehtiyatlı olun”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Avqust 2026