• Bakı 25° C

    4.44 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Şahbaz Şərifdən Məkkəyə hücuma CAVAB

DÜNYA

16 Sentyabr 2026 | 10:45 | Müəllif: Günəş Mərd

Şahbaz Şərifdən Məkkəyə hücuma CAVAB

Pakistanın Baş naziri Şahbaz Şərif Məkkəyə pilotsuz uçuş aparatı ilə hücum cəhdini qətiyyətlə pisləyib və Səudiyyə Ərəbistanına tam dəstəyini ifadə edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Şahbaz Şərif "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Mən müqəddəs Məkkə şəhərinə pilotsuz uçuş aparatı ilə hücum cəhdini qəti şəkildə pisləyirəm. Pakistan xalqı bu yolverilməz aktdan dərindən kədərlənib və hiddətlənib", - o yazıb.

Ş.Şərif, həmçinin göstərdikləri sayıqlıq, cəsarət və peşəkarlığa görə Səudiyyə Ərəbistanı Silahlı Qüvvələrinə minnətdarlığını bildirib, xüsusilə də onların hərəkətlərinin operativliyini qeyd edib.

Baş nazir bir daha bütün tərəfləri maksimum təmkin nümayiş etdirməyə və gələcək eskalasiyaya yol verməməyə çağırıb:

"Regionumuz münaqişələrdən onsuz da çox zərər çəkib. Dialoq və diplomatiya sülhə gedən yeganə dayanıqlı yol olaraq qalır. Pakistan qardaş Səudiyyə Ərəbistanı Krallığı ilə suverenliyinin və ərazi bütövlüyünün qorunmasında çiyin-çiyinə dayanır".

Daha əvvəl Səudiyyə Ərəbistanı öz qüvvələrinin Məkkənin kənarında husilərin pilotsuz uçuş aparatını vurduğunu bəyan etmişdi. Husilər isə hədəflərinin Səudiyyə Ərəbistanının neft obyektləri və hərbi bazaları olduğunu iddia edirlər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026