• Bakı 24° C

    5.03 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

Sadır Japarov COP29-da iştirak edəcək

COP29

09 Noyabr 2024 | 10:12

Sadır Japarov COP29-da iştirak edəcək

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyasında (COP29) iştirak etmək üçün noyabrın 11-də Azərbaycana səfərə gələcək.

Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, bu barədə Qırğız Respublikası Prezidentinin Administrasiyasının Xarici Siyasət Məsələləri Şöbəsinin müdiri Muratbek Azımbakiyev məlumat verib.

Konfrans çərçivəsində S. Japarovun 13 noyabr tarixindəki plenar sessiyada çıxış edəcəyi gözlənilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Sentyabr 2026