• Bakı 18° C

    1.55 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Sabiqlər çağırış etdi: Rəhbər seçin, əli qana batmamışları...

DÜNYA

06 Mart 2026 | 14:10 | Müəllif: Əli Hüseynov

Sabiqlər çağırış etdi: Rəhbər seçin, əli qana batmamışları...

Yeni rəhbərliyin seçilməsi İslam Respublikasına qarşı mənfi təbliğatı dağıda və dünyaya sülh və dostluq mesajı çatdıra bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu, İran İslahat Cəbhəsinin yaydığı bəyanatda bildirilib.

Bəyanatda millətin fundamental hüquqlarına hörmətlə yanaşmağın, əlləri qana batmamış insanlara ümumi əfv elan etməyin və bütün siyasi məhbusların və vətəndaş fəallarının azadlığa buraxılmasının milli və tarixi zərurət olduğu vurğulanıb.

Qeyd edək ki, İran İslahat Cəbhəsində keçmiş bir çox nüfuzlu siyasətçi və keçmiş rəsmi təmsil olunur.

Cəbhə keçmiş prezidentlər Məhəmməd Xatəmi və Həsən Ruhani ilə də sıx əməkdaşlıq edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Oktyabr 2026