• Bakı 22° C

    3.84 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Bakıda 31 dərəcə isti olacaq

CƏMİYYƏT

13 Sentyabr 2026 | 12:21 | Müəllif: Əli Hüseynov

Bakıda 31 dərəcə isti olacaq

Sentyabrın 14-də gözlənilən hava proqnozu açıqlanıb.

Bu barədə Bakıvaxtı.az-a Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 18-21° isti, gündüz 26-31° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 16-21° isti, gündüz 28-33° isti, dağlarda gecə 8-13° isti, gündüz 20-25° isti olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026