• Bakı 13° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Dekabrda Rusiyada koronavirusdan 50 mindən artıq insan ölüb

DÜNYA

29 Yanvar 2022 | 01:08 | Müəllif: Qalib İbrahimoğlu

Dekabrda Rusiyada koronavirusdan 50 mindən artıq insan ölüb

2021-ci ilin dekabr ayında Rusiyada koronavirus diaqnozu qoyulan 54 630 nəfər ölüb, onlardan 44 390 nəfərinin ölümünün əsas səbəbi COVID-19 olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Dövlət Statistika Federal Xidmətindən bildiriblər.

Məlumata əsasən, daha 4 732 ölüm halında koronavirus əsas səbəb kimi təyin edilib, lakin daha dəqiq məlumat üçün əlavə tədqiqatlar aparılmalıdır.

Qeyd edilir ki, noyabarda bu göstəricilər müvafiq olaraq 87 527, 72 425 və 8 463-ə bərabər olub (trend). Noyabr ayı ilə müqayisədə dekabrda koronavirus diaqnozu ilə ölüm hallarının sayı 38 faiz azalıb.

Ümumilikdə dekabr ayında Rusiyada 215 529 nəfər ölüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR