• Bakı 12° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ronaldodan Zidanla bağlı - MÜRACİƏT

İDMAN

28 Avqust 2024 | 09:33

Ronaldodan Zidanla bağlı - MÜRACİƏT

“Əl-Nəsr”in hücumçusu, ulduz futbolçu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı klubunun rəhbərliyinə Zinəddin Zidanın komandanın baş məşqçisi təyin edilməsi ilə bağlı müraciət edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “OK Diario” nəşri məlumat yayıb.

Mənbə bildirir ki, futbolçu komandada baş məşqçi ilə bağlı problemlərin olduğunu düşünür. Onun fikrincə, bu posta ən yaxşı namizəd “Real”da rəhbərliyi altında ardıcıl üç dəfə Çempionlar Liqasını qazanan Zidandır.

Xatırladaq ki, “Əl-Nəsr” 62 yaşlı portuqaliyalı mütəxəssis Luis Kastronu istefaya göndərib. Komanda yeni mövsümün əvvəlində Superkubok matçında “Əl-Hilal”a böyük hesabla uduzub (1:4).


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026