• Bakı 12° C

    4.55 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Rasim Balayevin nəşi Azərbaycana nə vaxt gətiriləcək? - Baş konsulluq - YENİLƏNİB

CƏMİYYƏT

29 Mart 2026 | 16:14

Rasim Balayevin nəşi Azərbaycana nə vaxt gətiriləcək? - Baş konsulluq - YENİLƏNİB

Xalq artisti, aktyor Rasim Balayevin cənazəsi İstanbuldan yola salınır.

Bakıvaxtı.az xəbər verir ki, cənazə xəstəxanadan çıxarılıb, məscidə aparılıb lazımı prosedur qaydalar icra edildikdən sonra təyyarə ilə Bakıya yola salınacaq.

    Mərhumun cənazəsinin bu gün gecə saatlarına yaxın Bakıya çatdırılması gözlənilir.

    ***

    15:01

    Xalq artisti, aktyor Rasim Balayevin cənazəsinin Azərbaycana göndərilməsi üçün İstanbuldakı Baş Konsulluq tərəfindən iş aparılır.

    Bu barədə Bakıvaxtı.az-a Baş Konsulluqdan məlumat verilib.

    Bildirilib ki, cənazənin bu gün Bakıya göndərilməsi planlaşdırılır.

    Qeyd edək ki hazırda Xalq artistinin oğlu da İstanbulun Göztəpə rayonunda yerləşən “Memorial” xəstəxanasındadır.

    Rasim Balayev bu gün İstanbulun Göztəpə rayonunda yerləşən “Memorial” xəstəxanasında vəfat edib.

    ***

    14:52

    Türkiyədə vəfat edən Xalq artisti Rasim Balayevin nəşi bu gün axşam saatlarında Azərbaycana gətiriləcək.

    Bakıvaxtı.az xəbər verir ki, bu barədə Musavat.com-a mərhum aktyorun yaxın dostu, tanınmış şair Baba Vəziroğlu məlumat verib.

    Onun sözlərinə görə, hazırda bununla bağlı təşkilati proseslər davam edir və sənətçinin nəşinin axşam saatlarında vətənə gətiriləcəyi gözlənilir:

    “Proseslər davam edir, ehtimal olunur ki, bu gün axşam saatlarında gətiriləcək. Rasim Balayevin aldığı müalicələrə ürəyi tab gətirmədi və dayandı”.

    Qeyd edək ki, Rasim Balayev bu gün Türkiyədə müalicə aldığı xəstəxanada vəfat edib.


    SON XƏBƏRLƏR