• Bakı 13° C

    8.97 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Qusarda sel suları yolu basdı - FOTOLAR

CƏMİYYƏT

22 Sentyabr 2025 | 16:46 | Müəllif: Qalib İbrahimoğlu

Qusarda sel suları yolu basdı - FOTOLAR

Qusarın Laza kəndində yolu sel suları basıb.

Bakıvaxtı.az-ın məlumatına görə, kənd sakinləri Azərtac-a bildiriblər ki, güclü yağışlar nəticəsində sentyabrın 22-si səhər saatlarında Laza kəndinin yuxarı hissəsində yerləşən şəlalələrdən birindən daş-palçıq qarışıqlı sel suları axıb. Sel suları kənd ərazisində piyada körpüsünü və yolu basıb. Evlərə və istirahət məkanlarına ziyan dəyməyib.

Əraziyə müvafiq dövlət qurumlarının nümayəndələri cəlb olunub və fəsadlar qısa müddətdə aradan qaldırılıb.

Qeyd edək ki, Azərbaycanın şəlalələr diyarı adlandırılan Laza kəndi əcnəbi və yerli turistlər arasında məşhurdur.


Qusarda sel suları yolu basdı - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026