• Bakı 10° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Qubada yük avtomobili yandı

CƏMİYYƏT

18 Iyul 2021 | 22:05

Qubada yük avtomobili yandı

Qubada qoşqulu yük avtomobilinin mühərrikində başlayan yanğın sürücü tərəfindən söndürülüb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Zərdabi qəsəbəsində qeydə alınıb.

Etibar Məmməd oğlu Ağayevin idarə etdiyi "DAF" markalı 90-CY-151 dövlət nömrə nişanlı qoşqulu yük avtomobilinin mühərrikində tüstülənmə başlayıb.

Hadisə barədə sürücü Fövqəladə Hallar Nazirliyinin qaynar xətti olan 101 qısa nömrəsinə zəng edərək məlumat verib.

Yanğına çevrilən tüstülənmənin qarşısını yanğınsöndürənlər çatanadək sürücü avtomobildə olan yanğınsöndürmə vasitələri ilə alıb.

Yanğın zamanı xəsarət alan olmasa da avtomobilə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR