İki şəxsin ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.
Bu barədə Bakıvaxtı.az-a Quba rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, Martın 18-də Quba rayonu Zizik kəndində 1966-cı il təvəllüdlü Ceyhun Ağasiyev və 1970-ci il təvəllüdlü Gülgəz Ağasiyevanın ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla Ceyhun Ağasiyevin Gülgəz Ağasiyevanı qəsdən öldürdükdən sonra intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb.
Hazırda istintaq davam edir.
***
2026/03/18 22:18
Qubada ər arvadını qətlə yetirdikdən sonra intihar edib.
Bakıvaxtı.az-ın məlumatına görə, Quba rayonunun Zizik kəndində 1966-cı il təvəllüdlü Ağasiyev Ceyhun İsmayıl oğlu ailə münaqişəsi zəminində həyat yoldaşı, 1970-ci il təvəllüdlü Ağasiyeva Gülgəz Rahib qızını qətlə yetirib.
Daha sonra Ceyhun Ağasiyev özünü asaraq intihar edib.
Faktla bağlı araşdırma aparılır. /Unikal
Bakı 




