• Bakı 17° C

    0.92 m/s

  • USD - 1.7

    EUR - 1.9264

    RUB - 2.0261

Qobustanda 5 qumbara tapılıb

HADİSƏ

20 Dekabr 2023 | 11:33

Qobustanda 5 qumbara tapılıb

Qobustanda 5 qumbara aşkar edilib.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, Qobustan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi və könüllü təhvil verilməsi məqsədilə əməliyyat-profilaktiki tədbirlər keçirilib.Keçirilən əməliyyatlar zamanı rayon ərazisindən 5 ov tüfəngi, 5 qumbara və 146 ədəd patron aşkar edilərək götürülüb.

Şöbə əməkdaşları tərəfindən keçirilmiş profilaktiki tədbirlər nəticəsində isə rayon sakini qanunsuz saxladığı ov tüfəngini könüllü olaraq polisə təhvil verib.
Bu istiqamətdə polis əməkdaşları tərəfindən zəruri bilinən əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.


Qobustanda 5 qumbara tapılıb
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR