• Bakı 14° C

    7.9 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Bakıda avtomobil yandı - VİDEO

HADİSƏ

18 Yanvar 2024 | 22:31 | Müəllif: Subhan Mahmudov

Bakıda avtomobil yandı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində minik avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən Bakıvaxtı.az-a verilən Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğının qarşısı alınaraq qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində “AzSamand” markalı minik avtomobilinin mühərriki və elektrik lövhəsinin yanar hissələri qismən yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

02 Oktyabr 2026