• Bakı 13° C

    8.31 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Qəzzada 18 mindən çox uşaq ölüb

DÜNYA

02 Avqust 2025 | 15:49 | Müəllif: Gülşən Şərif

Qəzzada 18 mindən çox uşaq ölüb

UNICEF-in icraçı direktorunun müavini Ted Çayban bildirib ki, müharibə başlayandan bəri Qəzzada 18 mindən çox uşaq həlak olub və bu, gündə orta hesabla 28 uşaq deməkdir.

Bakıvaxtı.az xəbər verir ki, onun sözlərinə görə, Qəzzada uşaqlar aclıq, qorxu və psixoloji travma içindədir, 320 mindən çox uşaq isə kəskin qidalanma çatışmazlığı riski altındadır.

Təşkilat gündəlik su, peyvənd və psixoloji dəstək göstərsə də, yardım kifayət qədər və vaxtında çatmır. Çayban İsraildən mülki şəxslərin qorunması, yardımın artırılması və atəşkəsin təmin olunmasını istəyib:

"Uşaqlar müharibə başlatmır, amma onun ən ağır yükünü onlar daşıyır".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026