• Bakı 13° C

    6.03 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Qəbələdə külək talvarı avtomobillərin üzərinə aşırıb

HADİSƏ

14 Dekabr 2024 | 17:04 | Müəllif: Gülşən Şərif

Qəbələdə külək talvarı avtomobillərin üzərinə aşırıb

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qəbələ rayonu, Mirzəbəyli kəndi ərazisində güclü külək nəticəsində fərdi yaşayış evinin həyətyanı sahəsində talvarın avtomobillərin üzərinə aşması barədə məlumat daxil olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.

Məlumatla əlaqədar dərhal Şimal-qərb Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb edilib.

Xilasedicilər tərəfindən ərazidə müvafiq tədbirlər görülərək yaranmış təhlükə aradan qaldırılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR