Bakı şəhərinin Qaradağ rayonunda ümumi sahəsi 200 m² olan ikimərtəbəli evin mətbəxində 1 ədəd paltaryuyan maşın və 1 p.m mebel yanıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Bakıvaxtı.az-a verilən məlumata görə, ev yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
















